Mobil versiya
Şvartsneqqerdən Putinə: "Müharibəni dayandırın"
Tarix: 18-03-2022 | Saat: 12:09
Bölmə:Seçki 2024 | çapa göndər

Şvartsneqqerdən Putinə: "Müharibəni dayandırın"

Hollivud aktyoru və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqer Rusiya xalqına müraciət edib.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə video paylaşaraq Ukrayna ərazisində davam edən müharibənin dayandırılmasını xahiş edib:

"Mən bilirəm ki, sizin hökumətiniz müharibənin Ukraynanın denasifikasiyası olduğunu deyir. Bu doğru deyil! Ukrayna prezidenti yəhudi əsillidir. Bu müharibəni Ukrayna, millətçilər və ya nasistlər başlatmadılar. Kreml başlatdı. Mən bilirəm ki, rus xalqı indi baş verənlərdən xəbərsizdir. Xalqı və Ukraynada olan rus hərbçilərini bütün bunların təbliğat və dezinformasiya olduğunu anlamağa çağırıram.

Prezident Putinə isə demək istəyirəm ki, müharibəni siz başlamısınız, onu siz aparırsınız və dayandıra da bilərsiniz."

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024