Mobil versiya
ATA-OĞUL ŞƏHİDLƏR - FOTOLAR
Tarix: 17-03-2022 | Saat: 17:43
Bölmə:Seçki 2024 | çapa göndər

ATA-OĞUL  ŞƏHİDLƏR

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon İcra Hakimiyyətinin şöbə müdiri Sərdar Balayev, gənc partiya fəalları, qazilər və şəhidlərin ailə üzvlərinin iştirakı ilə 17 Mart 2022-ci il tarixdə Birinci Qarabağ müharibəsi şəhidi Bayram Həsənovun oğlu, Vətən Müharibəsi şəhidi, ŞUŞA FATEHİ Həsənov Vüsal Bayram oğlunun doğum günü münasibətilə Göygöl Şəhidlər Xiyabanında ATA-OĞUL ŞƏHİDLƏRİN məzarlarıını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, müqəddəs ruhlarına dualar oxunub. Sonra şəhid Vüsal Həsənovun ailə üzvlərinə baş çəkilərək, onların qayğıları ilə maraqlanılmışdır.

ATA-OĞUL ŞƏHİDLƏRİN döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlardan söhbət açılmış, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024