Mobil versiya
ADPU-da "Şah İsmayıl Xətai – 535” adlı yubiley tədbiri keçirilib
Tarix: 17-03-2022 | Saat: 12:35
Bölmə:Seçki 2024 | çapa göndər

ADPU-da "Şah İsmayıl Xətai – 535” adlı yubiley tədbiri keçirilib

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsində Şah İsmayıl Xətainin anadan olmasının 535 illiyinə həsr olunmuş “Qış getdi, yenə bahar gəldi: Şah İsmayıl Xətai – 535” adlı yubiley tədbiri keçirildi.

Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ADPU-nun “Azərbaycan tarixi” kafedrasının müdiri dosent Naibə Əhmədova Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyət olduğun vurğulayaraq, dahi Azərbaycan hökmdarının Novruz bayramı ilə bağlı yazdığı “Bahariyyə” şerinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd etdi.

Məhz bu anlamda tədbirin “Qış getdi, yenə bahar gəldi: Şah İsmayıl Xətai – 535” adlanmasının bir milli-mənəvi mahiyyət daşıdığını ifadə etdi. Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Səfəvinin dövlətçilik tariximizdə oynadığı rolu xüsusilə vurğulayaraq, gənclərə və tələbələrə bu dahi şəxsiyyətin siyasi və mədəni irsini dərindən öyrənməyi tövsiyyə etdi. Yubiley tədbirində “Azərbaycan dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu” adlı elmi məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı tarixi qaynaqlar əsasında Azərbaycan Səfəvi dövlətinin etno-siyasi, dini-ideoloji və mədəni həyatı haqqında olduqca əhəmiyyətli məlumatları iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Qədim Qubadov “Şah İsmayıl Xətainin bədii yaradıcılığı” adlı elmi məruzə ilə çıxış edərək Şah İsmayıl Xətai şəxsiyyətinin Azərbaycan ədəbiyyatında yeri və rolu haqqında ətraflı məlumat verdi. Naxçıvan Dövlət Universitetinin dissertantı Ləman Osmanova “Şah İsmayıl Xətainin “Bahariyyə”sinin ürfani mahiyyəti” adlı elmi məruzəsində Şah İsmayılın irfanı düşüncəsinin ədəbi mahiyyətin şərh etdi. Tədbirin ədəbi hissəsində ADPU-nun IV kurs tələbələri Bilqeyis Abbasova və Pərvin Əmirova Şah İsmayıl Xətai “Divanı”ndan parçaları iştirakçıların diqqətinə çatdırdılar. Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyasının dosenti, ozan-aşıq Fəxrəddin Salim Şah Xətai türküləri ilə iştirakçıların mənəvi dünyasına bir daha nüfuz etdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024