Mobil versiya
"Avropa Azərbaycan Məktəbi" möhtəşəm xeyriyyə konserti proqramı təşkil edib
Tarix: 16-03-2022 | Saat: 16:30
Bölmə:Seçki 2024 | çapa göndər

"Avropa Azərbaycan Məktəbi" möhtəşəm xeyriyyə konserti proqramı təşkil edib

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "Avropa Azərbaycan Məktəbi "Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nə dəstək məqsədi ilə möhtəşəm xeyriyyə konserti proqramı təşkil edib.

Xeyriyyə tədbirindən toplanılan 5000 (beş min) manat vəsait Uşaq Sığınacağına ianə edilərək, Azərbaycan Uşaqları İctimai Birliyinin hesabına keçirilib. Sığınacaq illərdir fəaliyyətini kirayə götürdükləri binada həyata keçirirdi, lakin hazırda uşaqların yaşaması üçün yeni bir binanın tikintisinə start verilib. Bu layihəyə dəstək olaraq ilk addım Avropa Azərbaycan Məktəbinin icraçı direktoru Françesko Bankini tərəfindən gəldi. Məktəb və rəhbərliyi "ÖZGƏ UŞAĞI OLMUR" devizinə qoşularaq sevgiyə və qayğıya ehtiyacı olan uşaqlara dəstək oldu. Bu devizə Faiq Ağayev, Nigar Jamal, Hiss, Ellada Eyvazova, Leyla İzzətova, Talant rəqs qrupu, Ramil Amarok, Şou Nömrə 1 Baku,Harmony Dance Studio və Shootme Group dəstək olaraq konsert ərzində uşaqları
sevindirdilər.

Konsertdən öncə isə Uşaq Sığınacağı sakinlərinin əl işlərindən ibarət satış sərgisi baş tutdu. Sərgidən toplanan vəsait 1360 manat oldu, Bu vəsaitin bir hissəsi əl işləri satılan 10 uşaq arasında bölünərək aktlaşdırıldı. Digər hissəsi isə yeni əl işlərinin hazırlanması üçün ləvazimatların alınmasına sərf olunacaq. Avropa Azərbaycan Məktəbi gənc istedadlara hər zaman dəstək olur və uşaqlara tək olmadıqlarını hiss etdirir.

Françesko Bankini "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nin rəhbəri Kəmalə Ağazadə ilə öz təəssuratlarını paylaşdı: "Sizləri orada görmək bizim üçün çox xoş idi. Siz çox dəyərli insansınız və hər zaman sizə dəstək olmağa hazırıq. Biz birlikdə güclüyük. Gəlin birlikdə Azərbaycanın gələcəyi olan uşaqlarımızı yetişdirərək onların hər birinə layiqli vətəndaş olmaqda kömək edək. Bu bizim əməkdaşlığımızın başlanğıcıdır. Bundan sonra da sığınacaqdakı uşaqlara daim dəstək olmaqda davam edəcəyik. Təşəkkür edirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024