Mobil versiya
Seymur Qədəşov: Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır
Tarix: 16-03-2022 | Saat: 15:40
Bölmə:Seçki 2024 | çapa göndər

Seymur Qədəşov: Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır

Böyük mənəvi gücə malik Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub,Azərbaycan xalqının milli ruhunu və yaddaşını,onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.Alimlərin fikrincə ,bu bayramın tarixi cox qədimdir.Araşdırmalara əsasən,Novruz bayramının keçirilmə tarixi qədim zamanlara-Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır.Alimlər bu bayramın yaşını minimum 3700 il ,maksimum isə 5000 il müəyyən edirlər.Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq ,Nizamülmülkün "Siyasətnamə ", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri -rəsmi şəkildə edilib,çünki dövlət orqanları qədim milli -mənəvi dəyərlərmizi özündə əks etdirən bu bayramı insanların zehnindən silməyə çalışırdı.Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsada ,öz gözəlliyini indi də saxlayır.

Novruzun milli taleyimizdəki yerini ,müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını ,bir xalq ,millət və dövlət kimi milli drçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirəndirən Ulu Öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütünü kimi əbədləşdirmişdir.

Hər bir məsələdə Ulu Öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli mədəniyyətin,mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir.Novruz bayramını müqəddəs milli irs hesab edən Cənab Prezident İlham Əliyev demişdir: " Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır.Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz
illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış ,gələcəyə daim ümidlə baxmışıq.Novruz ənənələrinin layqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.Ən ali bəşəri keyfiyyətıəri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir." 2009 -cu ildə Heydər Əliyev Fondunun
Prezidenti,UNESCO və İCESCO-nun xoşməramlı səfiri,Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Novruz bayramı və aşıq sənətinin UNESCO-nun dünya xalqlarının qorunan qeyri maddi mədəni irsi siyahisına daxil edilməsi Azərbaycan siyasətində Novruzun milli özünü-
təşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.

Seymur Qədəşov,
ATİAHİ Şabran rayon komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024