Lənkəran təhsilindəki ciddi qanun pozuntularının araşdırılması ehtimalı artır
Tarix: 11-05-2016 | Saat: 15:49
Bölmə:Təhsil | çapa göndər
Son bir ildə rayon təhsil şöbəsi müdirlərinin demək olar ki, 30 faizi işdən çıxarılaraq digər şəxslərlə əvəzlənib. İşdən çıxarılan sabiq təhsil şöbə müdirlərinin mütləq əksəriyyəti aparılan maliyyə yoxlamalarının əsasında vəzifəsini itirib.Həmdə məhsuliyyətdən kənarda qalıblar. Sonradan isə mənimsədikləri dövlət vəsaitləri hesabına özlərinə şəxsi bizneslərini qurublar. Bu sırada Tərtər və digər rayonların sabiq təhsil şöbə müdirlərinin adını çəkmək olar. Bu başqa bir yazının mövzusudur.
Hazırda isə Lənkəran təhsilindəki vəziyyətdən söz açmaq istəyirik. Sirr deyil ki, “Lənkəran təhsilində talançılıq” başlıqlı məqalə “Ekspert” qəzetinin bir neçə ay əvvəlki saylarının birində dərc edilmişdi. Ümumilikdə ölkə mətbuatında zaman-zaman bu barədə yazılar yer alıb. Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədovanın qeyri-düzgün fəaliyyətindən bəhs edən yazıda müasir təhsil sistemində mövcud olan çatışmazlıqlar, negativ hallar, saxtakarlıqlar göstərilirdi. Bunların hamısı ən qabarıq şəkildə Lənkəran təhsilində cəmlənib.
Həmin məqalədə rayon təhsilinə ayrılan 700 min manata qədər vəsaitin 2014-cü ildə müxtəlif adlar altında talan edilməsi xüsusilə qeyd olunurdu. Məsələ ondan ibarətdir ki, 2014-cü il ərzində inventarların satın alınmasına 96500 manat, yumşaq inventarların satın alınmasına 29740 manat, ət və süd məhsullarının alınmasına 115500 manat, ərzaq məhsullarının alınmasına 68480 manat, kənd təsərrüfatı məhsullarının alınmasına 114986 manat, məktəbli paltarlarının alınmasına 78300 manat vəsait xərclənib.
Təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə 17500 manat ayrılıb. Maşın və avadanlıqların alınması üçün 26089 manat, dəftərxana ləvazimatları üçün 15000 manat, digər alışlar və xidmətlərin satın alınması üçün 26700 manat, başqa maşın və avadanlıqların satın alınması üçün 39090 manat, idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün 115573 manat, avadanlıqların satın alınması üçün isə 40065 manat vəsait ödənilib.
Qəzet bilidirirdi ki, göstərilən vəsaitlərin təyinatı üzrə düzgün xərclənməsi və ümumiyyətlə necə istifadə edilməsi isə sual altındadır. Həmin rayonun təhsil sahəsində aidiyyatı qurumlar tərəfindən müvafiq araşdırma aparılarsa, təhsil şöbəsinin müdiri nəinki işdən azad edilər, bəlkə də hüquq mühafizə orqanları qarşısında cavab verməli olar.
Faktinfo.az saytına daxil olan məlumata görə isə Lənkəran təhsilinin rəzil duruma düşməsi tək Şahanə Əhmədovanın adı ilə bağlı deyil. Həmin biabırçı vəziyyətdə Lənkəran rayon Təhsil Şöbəsinin sabiq müdiri, hazırda Lənkəran Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışan Səmədağa Abdullayev də günahkar sayılmalıdır. S.Abdullayev Lənkəran təhsilinə rəhbərlik etdiyi dövrdə Ş.Əhmədova rayondakı 3 saylı orta məktəbə direktor təyin olunub. Sabiq müdir Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alanda isə şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Şahanə Əhmədovanı öz yerinə qoydurmağa nail olub, sonradan Miqrasiya Xidmətinə rəhbər göndərilib. Nəticədə, Lənkəran təhsilinin ən ağır dövrünə start verilib. Sabiq müdirin öz müavinini israrla himayə etməsinin isə özəl səbəbləri var. Bu barədə növbəti yazılarımızda söhbət açmağa çalışacağıq.
Əlbəttə ki, Lənkəran təhsilindəki rəzalətə son qoymaq üçün əsas söz sahibi təhsil naziri Mikayıl Cabbarovdur. Nazir isə hələki Ş.Əhmədovayla işləməkdə qərarlı görünür. Lənkəran ziyalıları isə Təhsil nazirliyinin və aidiyyatı qurumların tez bir zamanda müvafiq addım atacaqlarına ümid bəsləyirlər. Son məlumatlara əsasən, deyə bilərik ki, Lənkəran təhsilindəki ciddi qanun pozuntularının araşdırılması ehtimalı artır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024