Mobil versiya
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib - FOTOLAR
Tarix: 11-03-2022 | Saat: 15:07
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib

11 Mart 2022-ci il tarixdə YAP Samux rayon təşkilatının Əhmədbəyli kənd, Əhmədbəyli tam orta məktəb, Yuxarı Ağasıbəyli kənd, Yuxarı Ağasıbəyli tam orta məktəb və Aşağı Ağasıbəyli kənd ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib.
Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Bildirilib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

AİA.Az xəbər verir ki, hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib. Seymur Şükürov Əhmədbəyli kənd ərazi ilk partiya təşkilatının sədri, Vüqar Məmmədov sədr müavini; Məhəbbət Şükürova Əhmədbəyli tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri, Nərgiz Yusifova sədr müavini; Sərxan Abuzərov Yuxarı Ağasıbəyli kənd ərazi ilk partiya təşkilatının sədri, Müharif Qurbanov sədr müavini; Gülsəfa Məhərrəmova Yuxarı Ağasıbəyli tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri, Nurlana Hüseynova sədr müavini və Sevda Xəlilova Aşağı Ağasıbəyli kənd ərazi ilk partiya təşkilatının sədri, Nəsrəddin Bayramov isə sədr müavini seçiliblər.

Yığıncaqlarda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilmiş rəhbərliyi təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024