Polimer Materialları İnstitutunun aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Tarix: 11-03-2022 | Saat: 13:58
Bölmə:Təhsil | çapa göndər
AMEA-nın Polimer Materialları İnstitutunun icraçı direktoru, İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyasının müdiri, kimya elmləri doktoru, baş elmi işçi Kazım Quliyevin həmmüəllifi olduğu məqalə “Высокомолекулярные соединения. Серия Б” jurnalında dərc olunub.
“p-(feniləvəzli) tsiklopropilmetakrilatlarla stirol əsasında alınmış fotohəssas birgəpolimerlərin sintezi” (Синтез фоточувствительных сополимеров на основе сополимеров стирола c п-фенилзамещенными циклопропилметакрилатами DOI: 10.31857/S2308113922010016) adlı məqalə p-(feniləvəzli)-tsiklopropil-metakrilatlarla stirolun radikal birgəpolimerləşməsinə həsr olunub. Əldə edilən birgəpolimerlərin İQ və NMR spektrləri çəkilib və onların quruluşu müəyyən edilib. Məqalədə göstərilir ki, sintez edilən polimerlər yüksək fotohəssaslıq xüsusiyyətlərinə malik olur və neqativ tipli rezist material kimi istifadə edilə bilər.
Qeyd edək ki, “Высокомолекулярные соединения” jurnalı dünyanın nüfuzlu jurnallarından sayılır və impakt faktoru 1.049-dur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu