Səməd Seyidov Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri ilə görüşüb -Foto
Tarix: 29-10-2025 | Saat: 17:16
Bölmə:Siyasət / Parlament | çapa göndər

Oktyabrın 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri Andro Krstuloviç Oparanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları salamlayan Səməd Seyidov, Xorvatiya parlamentinin sədrinin bu il ölkəmizə etdiyi rəsmi səfəri məmnunluqla xatırladaraq, həmin səfərin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin və parlamentlərarası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, parlamentlərarası dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın genişləndirilməsi qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri Andro Krstuloviç Opara ikitərəfli əməkdaşlığın inkişafı və parlamentlərarası dialoqun daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında vacib siyasi və diplomatik platformalardan biri olduğunu deyən qonaq qeyd edib ki, Azərbaycan parlamentində təşkil olunan beynəlxalq konfransda aparılan müzakirələr parlamentlər arasında təcrübə və fikir mübadiləsinə mühüm töhfə verəcək.
Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, Azərbaycan və Xorvatiya arasında əməkdaşlıq humanitar, mədəni və iqtisadi istiqamətlərdə də dinamik və yüksələn xətlə inkişaf edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-10-2025