Eltun Süleymanov: "Azərbaycanın gələcəyinə dair milli konsepsiyasında insan, torpaq və ədalət dayanı"
Tarix: 29-10-2025 | Saat: 12:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Otuz illik ayrılığın, işğalın və dağıntının ardından Azərbaycan xalqı doğma yurduna, torpağına dönür. Bu dönüş sadəcə bir köç deyil — millətin dirçəlişi, ədalətin təntənəsi və dövlətin siyasi iradəsinin qələbəsidir. Cənab Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu, Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərində sakinlərlə görüşü bu tarixi prosesin yeni mərhələsini təsdiqlədi. Dövlət başçısının kənd sakinlərinə mənzillərin açarlarını təqdim etməsi, bir mənada, Vətən qapısının yenidən açılması, Böyük Qayıdışın canlı təcəssümü idi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, cənab Prezident səmimi sözlərlə bildirdi ki, “Bu gün Horovlu kəndinin tarixində çox əlamətdar, unudulmaz gündür. Kəndin sakinləri öz doğma torpağına qayıdırlar. Burada rahat, xoşbəxt yaşayın. Dövlət sizin üçün bütün şəraiti yaradıb.” Horovlunun, Məmmədbəylinin və Ağalının bu günü, əslində, bütöv Qarabağın gələcəyinin bərpa planını özündə daşıyır.Cəbrayıl rayonu və onun kəndləri Azərbaycanın Zəfər dastanının başlanğıc nöqtəsidir. Cənab Prezident xatırlatdı ki, “Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilmişdir və əslində, bizim Zəfər yürüşümüz bu bölgələrdən başlamışdır.” Bu, tarixi yaddaşın bərpasıdır. Bu torpaq üzərində azadlıq uğrunda döyüşən qəhrəmanların xatirəsi bu gün Horovluda dirçələn həyatla birləşir. Cənab Prezidentin “Allah şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq” sözləri, xalqın Zəfərini mənəvi borc duyğusuna çevirdi. İndi həmin yerlərdə sülhün səsi, uşaqların gülüşü, tikinti texnikasının uğultusu eşidilir. Bu səslər bir xalqın yaralarını sağaldan həyat ritmidir. İndi Horovlu – Böyük Qayıdışın simvolu kimi qiymətləndirilir. Horovlu kəndinin bərpası təkcə memarlıq və inşaat uğuru deyil, müasir dövlət idarəçiliyinin və sosial siyasətin bariz nümunəsidir. Burada 334 ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi və sosial infrastruktur yaradılıb. Birinci mərhələdə 1400, ümumilikdə isə 2000-dən çox sakinin məskunlaşması planlaşdırılıb. Bu, bir daha göstərir ki, Azərbaycanın Zəfəri sadəcə hərb meydanında qazanılmayıb, indi də həyatın özündə davam edir. Cənab Prezident İlham Əliyev illər əvvəl verdiyi vədi xatırlatdı: “Torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq.” Bu gün həmin sözlər Horovluda, Məmmədbəylidə, Ağalıda işıqdan və inamdan ibarət bir gerçəkliyə çevrilib. İşğalın ağrı-acısını yaşayan hər bir keçmiş məcburi köçkün bu gün ədalətin bərpasının canlı şahididir. Cənab Prezident bu prosesi belə dəyərləndirdi: “Bu gün, eyni zamanda, ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib.” Bu ifadə Zəfərin mənəvi sütununu təşkil edir. Çünki azad edilən torpaqlarda hər tikilən ev, hər əkilən ağac, hər açılan məktəb – ədalətin bərpasıdır. Azərbaycan xalqı təkcə torpağı deyil, öz kimliyini, öz haqqını və öz qürurunu da qaytarır.
Horovlu kəndinin bərpası ilə yanaşı, cənab Prezidentin səfəri zamanı Cəbrayıl şəhərində yeni məscidin və Günəş Elektrik Stansiyalarının təməlinin qoyulması bu rayonun strateji əhəmiyyətini daha da artırdı. Cənab Prezident qeyd etdi: “Araz Vadisi sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə işləyir, yaxın zamanda bu say təqribən 20-yə çatacaq.” Bu, o deməkdir ki, Cəbrayıl təkcə bərpa olunmuş bir rayon deyil, Azərbaycanın yeni sənaye və enerji mərkəzinə çevrilir. 400 meqavat gücündə Günəş və su elektrik stansiyalarının inşası bu bölgəni yaşıl enerji zonasının aparıcı hissəsinə çevirəcək. Bu həm iqtisadi, həm də ekoloji sabitliyin təməlidir.
Azərbaycan artıq postmüharibə dövrünün “yaşıl modelini” qurur – torpağı bərpa etməklə yanaşı, onu gələcəyə daşıyır. Cənab Prezidentin çıxışında xüsusilə vurğulanan məqam məşğulluq məsələsidir: “Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə əsas vəzifə budur ki, burada yaşayan insanlar işlə təmin olunsunlar.” Horovlu və ətraf ərazilərdə yaradılacaq aqroparklar, əkin sahələri, heyvandarlıq və arıçılıq təsərrüfatları həm iqtisadi canlanma, həm də sosial rifahın təminatçısı olacaq. Cənab Prezidentin dediyi kimi, “bu kəndin ətrafı da kəndin özü kimi gözəl olmalıdır, onu da siz etməlisiniz” – bu çağırış vətəndaş məsuliyyətinin, yerli inkişaf fəlsəfəsinin təzahürüdür. Horovlu, Məmmədbəyli, Ağalı səfərləri 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ərəfəsində baş tutdu. Bu, təsadüf deyildi. Cənab Prezidentin sözləri ilə desək “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir.” Beş il öncə döyüş meydanında qazanılan Zəfər bu gün sülhün, bərpanın və ədalətin Zəfərinə çevrilir. Artıq 50 mindən çox insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, onların təxminən 20 mini öz doğma torpaqlarına qayıdan keçmiş köçkünlərdir. Bu faktın özü Böyük Qayıdışın real nəticəsi, dövlət siyasətinin praktik təsdiqidir.
Horovlu, Məmmədbəyli və Ağalı kəndlərində səslənən hər fikir, hər mesaj, əslində, Azərbaycanın gələcəyinə dair milli konsepsiyanın ifadəsidir. Bu konsepsiyanın əsasında insan, torpaq və ədalət dayanır. Bu gün Horovlu, sabah Cəbrayıl, Füzuli, Zəngilan, Laçın – hər biri Azərbaycanın yenidən doğuluş zəncirinin həlqələridir-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-10-2025
28-10-2025