Mobil versiya
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb. - FOTOLAR
Tarix: 09-03-2022 | Saat: 13:01
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb.

09 mart 2022 - ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivi ünvanda YAP Laçın rayon Təşkilatının 40 saylı Ərazi Partiya Təşkilatı yaradıldı.

Yığıncaqda yeni yaradılan ərazi partiya təşkilatının qarşısında duran vəzifələr müzakirə olundu, təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına sədr və sədr müavini seçildi.

Tədbirdə iştirak edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. Çıxış edən İ.İlyasov VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024