Mobil versiya
Sevgi mesajını qanla "sildi" TƏFƏRRÜAT
Tarix: 11-05-2016 | Saat: 12:46
Bölmə:Seçki 2024 | çapa göndər

Sevgi mesajını qanla "sildi"


Gəncədə "kişi söhbəti" 21 yaşlı gəncin qətli ilə nəticələnib. Mayın 9-da Mustacaf Əliyev bıçaq yarası ilə mərkəzi şəhər xəstəxanasına yerləşdirildikdən bir neçə saat sonra dünyasını dəyişib.

Aia.az oxu.az-a istinadən bildirir ki, bu barədə Sputnik-ə Gəncə şəhər Baş Polis İdarəsindən deyiblər.

Fakt üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yerli sakinlər Həsən Qurbanov və Zaur Haqverdiyev saxlanılıb. Saxlanılan şəxslər əməllərini etiraf ediblər.

Qətlin qıza, daha dəqiq, Həsən Qurbanovun bacısına görə törədildiyi müəyyən edilib.

Dindirilmə zamanı Qurbanov bildirib ki, bacısı ağır təbiətli və ciddi qızdır, gənc adamlarla təsadüfi tanışlıqlar qurmur. Onun sözlərinə görə, Əliyev onun bacısı ilə tanış olmağa çalışıb və qızın telefon nömrəsinə birmənalı olmayan ismarışlar yollayıb. Gəncin həddən artıq inadlı davranması qızın xoşuna gəlmir və o, bu açıq söhbətin nə ilə nəticələnəcəyi barədə düşünmədən məsələni qardaşına danışır.

Qurbanov oğlana həddini bildirmək qərarına gəlir, onunla telefonla əlaqə qurararaq görüş təyin edir. Əliyev görüşə tək gəlir, Qurbanov isə özü ilə dostunu götürür.

Gənclər arasında münaqişə Qurbanovun bıçağa əl ataraq bacısına aşiq olan oğlanın qanını tökməsi ilə sona çatır. İndi bu problemin öhdəsindən sərbəst gələ biləcəyi, oğlanı özündən uzaqlaşdırmalı olduğu halda, ehtiyatsızlıq edib bunu qardaşına danışan qıza görə qardaşı həyatının ən azı on ilini barmaqlıq arxasında keçirməli olacaq

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə