Mobil versiya
Azərbaycan xalqı qəhrəmanlar böyüdən müqəddəs analarla fəxr edir
Tarix: 05-03-2022 | Saat: 17:17
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan xalqı qəhrəmanlar böyüdən müqəddəs analarla fəxr edir

Qadın Tanrının yaratdığı ən müqəddəs varlıqdır. Qadın anadır, bacıdır, övladdır. Qadının ən böyük adı isə onun ana adıdır. Ananın tükənməyən laylaları, bayatıları, nağılları ilə bağlanırıq həyata, doğma ana dilimizə. Alqışları, öyüd-nəsihətləri ilə böyüyüb boya-başa çatırıq.
Azərbaycan qadını öz vəfası, müdrikliyi, zəkası, bacarığı, dözümlülüyü, qeyrəti ilə həmişə öz qadın adını və xalqımızın adını uca tutub. Azərbaycan qadınları ta qədimdən öz adlarını tariximizə qızıl hərflərlə həkk edib. Qadınlar dövləti idarə ediblər, qadınlar at belində qılınc oynadaraq döyüşdə iştirak ediblər, qadınlar gözəl poeziya nümunələri yaradıb, musiqi xəzinəmizə incilər bəxş ediblər.
Azərbaycan qadını bu gün gözəl, mehriban, qayğıkeş ana olmaqla bərabər eyni zamanda dövlət məmuru, iş adamı, siyasətçi, millət vəkili, həkim, müəllim və alimdir.


1993-cü ildən qadınların içtimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycan qadını haqqında demişdir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti, söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini mənəvi saflığını vəsf etmişlər”.
Azərbaycan qadını illərlə məşəqqətlərə dözdü, öz doğma torpaqlarından didərgin düşdü, doğmalarını itirdi, lakin sınmadı, inamla mübarizə apardı. Vətənpərvər övladlar böyütdü. 44 günlük Vətən Müharibəsində övladlarına xeyir-dua verərək vətəni qorumağa göndərdi.
Azərbaycan qadını, Azərbaycan anası şəhid anası oldu. Yenə sınmadı. Başını uca tutdu. “Vətən sağ olsun” – dedi.
Azərbaycan xalqı qəhrəmanlar böyüdən müqəddəs analarla fəxr edir.

Bu gün Azərbaycanda 8 mart Beynəlxalq Qadınlar Günü ruh yüksəkliyi ilə qeyd olunur. Bu gün bütün respublikamızda öncə şəhid anaları təbrik edilir.
Vətənimizi qoruyan, canı, qanı ilə torpaqlarımızı düşmən əsarətindən azad edərək bütün Azərbaycan analarını qoruyan, şəhid anaların, qızların intiqamını alan şəhidlərin analarının bayramıdır bu gün.

Bayramınız mübarək, əziz Azərbaycanın mərd, qayğıkeş, qeyrətli, vətənpərvər qadınları.

Şəhla Ağbulud



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024