Mobil versiya
Bakıda biabırçı olay
Tarix: 11-05-2016 | Saat: 12:03
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda biabırçı olay

Bakıda orta məktəbdə zorlanma hadisəsinin baş verməsi barədə polisə şikayət daxil olub.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonunda baş verib. Səkkiz yaşlı oğlanın valideyni polisə müraciət edərək oğlunun məktəbdə 16 yaşlı iki şagird tərəfindən zorlandığını deyib.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Aynurə Kərimova (şərti) 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 14-də Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin sanitar qovşağında oğlu 2008-ci il təvəllüdlü Təbriz (şərti) yuxarı sinif şagirdləri tərəfindən zorlanıb.

O bildirib ki, həmin məktəbin şagirdləri olan 2000-ci il təvəllüdlü N.P. və həmyaşıdı S.V. onun oğluna qarşı əxlaqsız hərəkətlər edərək onunla cinsi əlaqədə olublar.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, onlar hadisə barədə məlumatsızdırlar: "Araşdırıldıqdan sonra bununla bağlı məlumat veriləcək".

Hadisə ilə bağlı həmin məktəbin rəhbərliyi ilə də əlaqə saxladıq. Özünü təqdim etmək istəməyən qadın direktor müavini qeyd olunanların yalan və böhtan olduğunu deyərək sağollaşıb.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024