Mobil versiya
Şəhid əsgər İkinci Şəhidlər xiyabanında dəfn olundu
Tarix: 04-03-2022 | Saat: 13:22
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid əsgər İkinci Şəhidlər xiyabanında dəfn olundu

Avtomobil qəzasında şəhid olan əsgər Vüsal Vüqar oğlu Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Dəfndə şəhidin ailə üzvlər, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və hərbçi yoldaşları iştirak edib.

XXX

11:43

Avtomobil qəzasında şəhid olan əsgər Vüsal Vüqar oğlu Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

O bildirib ki, Müdafiə Nazirliyinin əməkdaşları da dəfndə iştirak edəcək.

Qeyd edək ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı veriib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024