Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarlar üçün təlim keçiriləcək
Tarix: 04-03-2022 | Saat: 12:19
Bölmə:Ölkə | çapa göndər
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) Gürcüstanın Biznes Qadınları Şurası ilə birlikdə “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” layihəsində iştirak üçün Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarları üç günlük təlimdə iştirak etməyə dəvət edib.
AQSİA-dan aia.az-a bildirilib ki, layihə çərçivəsində seçilmiş iştirakçılar peşəkar təlimçilərdən biznes bacarıqları və bizneslərin praktikiliyi üzrə faydalı biliklər əldə edəcək, Gürcüstandan olan oxşar bizneslər ilə təcrübə mübadiləsi apara biləcək, Gürcüstan- Azərbaycan rəqəmsal forumunda iştirak edəcək və biznes müsabiqəsinə qatılaraq qalib olmaq şansı qazanacaqlar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025