Ana Sayfa > Ölkə > Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarlar üçün təlim keçiriləcək
Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarlar üçün təlim keçiriləcək4-03-2022, 12:19. Yazar: sevinc1 |
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) Gürcüstanın Biznes Qadınları Şurası ilə birlikdə “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” layihəsində iştirak üçün Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarları üç günlük təlimdə iştirak etməyə dəvət edib. AQSİA-dan aia.az-a bildirilib ki, layihə çərçivəsində seçilmiş iştirakçılar peşəkar təlimçilərdən biznes bacarıqları və bizneslərin praktikiliyi üzrə faydalı biliklər əldə edəcək, Gürcüstandan olan oxşar bizneslər ilə təcrübə mübadiləsi apara biləcək, Gürcüstan- Azərbaycan rəqəmsal forumunda iştirak edəcək və biznes müsabiqəsinə qatılaraq qalib olmaq şansı qazanacaqlar. aia.az Geri dön |