Mobil versiya
Torpaqla bağlı yeni qanun olacaq
Tarix: 11-05-2016 | Saat: 11:24
Bölmə:Seçilənlər-2 | çapa göndər



Azərbaycanda Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik edilir.

Aia.az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, Meşə Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Məcəllənin hazırkı variantına görə isə, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə yalnız cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər deyil, həm də inzibati məsuliyyətə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Dəyişikliyin məqsədi Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsi ilə uyğunlaşdırmaqdır. İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbirləri müəyyən edilib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024