Mobil versiya
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir.
Tarix: 25-02-2022 | Saat: 16:54
Bölmə:Seçki 2024 | çapa göndər

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir.

25 Fevral 2022-ci il tarixdə YAP Samux rayon təşkilatında karantin qaydalarına uyğun olaraq Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər tarix boyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Xocalı faciəsindən 30 il keçməsinə baxmayaraq erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmadı. Əksinə, illər keçdikdə qaysaq bağlamayan yaralar göynədi, xalqımıza qarşı soyqırımı törədənlərə nifrət artdı. 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 30 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı.

Sonra konfransda iştirak edən fəal YAP üzvləri Aytən Məmmədova, Sərxan Abuzərov, Xəyalə Namazova, Şəlalə Tağıyeva, Rasim İmamquluyev vurğuladılar ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi –şovinistlələrin davamlı olaraq etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş qaçqın məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Onlar qeyd etdilər ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq. Faciə zamanı həlak olan insanların xatirəsi həmişə ehtiramla yad olunacaqdır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024