Mobil versiya
Keşlə sakinlərini narahat edən problem aradan qaldırıldı
Tarix: 25-02-2022 | Saat: 14:59
Bölmə:Ölkə | çapa göndər

Keşlə sakinlərini narahat edən problem aradan qaldırıldı



Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində yaşayan vətəndaşları uzun müddətdir narahat edən problemlərdən biri — içməli su xəttinin yenilənməsi ilə bağlı məsələ, millət vəkili Könül Nurullayevanın müraciəti əsasında aradan qaldırılmışdır. Belə ki, sözügedən küçədə yaşayan vətəndaşların problemi, K.Nurullayeva tərəfindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə çatdırılmış, qurum nümayəndələri ərazidə baxış keçirmişdir. Nəticə olaraq, "Azərsu" ASC tərəfindən həmin məhəllədə yerləşən 200 metrlik içməli su xətti tamamilə yenilənmiş, bərbad vəziyyətə düşmüş 400 kvadrat metrlik sahəyə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt örtüyü döşənmişdir.

Qeyd edək ki, Milli Məclisin deputatı Könül Nurullayeva isə öz növbəsində Keşlə qəsəbəsindən olan seçiciləri üçün mühüm əhəmiyyət daşıyan bu məsələnin həllində göstərdiyi dəstəyə görə başda Köçərli Həsənov və Saleh Məmmədov olmaqla "Azərsu" ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına təşəkkürünü çatdırıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025