Mobil versiya
Qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir
Tarix: 25-02-2022 | Saat: 12:28
Bölmə:Seçki 2024 | çapa göndər

Qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir

Bu gün müasir Azərbaycanda sahibkalığın inkişafında bir sıra mühüm islahatlatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına çox böyük dəstəkdir.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir Görülən işlərin nəticəsində son illərdə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır. Qadın sahibkarlarının bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Xüsusilə də müxtəlif ölkələrdə təcrübə mübadiləsi aparmaq, uğurlu layihələrin, yeni texnologiyaların tətbiqi üsul və metodlarının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Növbəti layihələrdən biri də RO2AZTEX – Tekstil sahəsində Rumıniya və Azərbaycanda biznes təşkilatları və KOB-lar üçün Tədqiqat Səfəridir. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının rəhbərliyi, idarə heyətinin üzvləri, və tekstil sahəsində sahibkarlıq fəaliyyəti olan üzvləri Rumıniyanın tekstil üzrə ixtisaslaşmış fabriki "SECUIANA Group"a işgüzar səfəri baş tutub. Daha sonra Covasna Ticarət və Sənaye Palataları ilə AQSİA üzvlərinin görüşü təşkil olunub. Tədqiqat səfəri 23-28 fevral tarixlərinə qədər davam edəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024