Mobil versiya
Səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı
Tarix: 24-02-2022 | Saat: 17:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı

Məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, araşdırmalarla Ağstafanın Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024