Ana Sayfa > Karusel / Təhsil > Səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı
Səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı24-02-2022, 17:45. Yazar: sevinc1 |
Məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, araşdırmalarla Ağstafanın Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir. aia.az Geri dön |