Mobil versiya
Meydanəli Yolçuyev: Moskva Bəyannaməsi Azərbaycan-Rusiya əlaqələrinin ən vacib sahələrini əhatə edir
Tarix: 23-02-2022 | Saat: 21:38
Bölmə:Gündəm | çapa göndər

Meydanəli Yolçuyev: Moskva Bəyannaməsi Azərbaycan-Rusiya əlaqələrinin ən vacib sahələrini əhatə edir

Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də bu ölkəyə rəsmi səfər edib. Fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev mövzu ilə bağlı açıqlamasında sözügedən Bəyannamənin əhəmiyyətini yüksək dəyərləndirdi: “Dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsinə təsadüf etdi. Sevindirici məqamdır ki, səfər münasibətlərimizin inkişafında yeni mərhələ açdı. 43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini qarşılıqlı müttəfiqlik fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər. Eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilatlar və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.”

M.Yolçuyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə gələcək üçün böyük perspektivlər açır: “Bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün ən mühüm sahələri əhatə edir və ikitərəfli münasibətlərin gələcəyi üçün birmənalı olaraq mühüm əhəmiyyət kəsb edir. Sənəd hər iki ölkənin gələcək münasibətlərinin daha sağlam, bir-birinin maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf etdirilməsi üçün çox gərəklidir və bölgədə yaranmış yeni geopolitik reallıqların diktəsindən qaynaqlanır. Bu reallıq isə ondan ibarətdir ki, Qarabağ probleminin həlli bölgə dövlətləri arasında yeni iqtisadi, siyasi, mədəni münasibətlərə, əlaqələrə keçidi zəruri edib.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə