Mobil versiya
Xalq artisti dəfn olundu - YENİLƏNİB
Tarix: 23-02-2022 | Saat: 18:06
Bölmə:Seçki 2024 | çapa göndər

Xalq artisti dəfn olundu -

Xalq artisti Kamil Cəlilov dəfn edilib.

aia.az xəbər verir ki, sənətkar II Fəxri xiyabanda torpağa tapşırılıb.

***15:59

Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.

Bu barədə aia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

*** 10:12

Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.

aia.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev "Instagram"da məlumat verib.

Bildirək ki, Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024