Mobil versiya
Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
Tarix: 23-02-2022 | Saat: 13:43
Bölmə:Ölkə | çapa göndər

Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb

"Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən AİA.Az-a verilən məlumata görə, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

"Gənclik", "Nəriman Nərimanov" və "28 May" stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025