Mobil versiya
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir - FOTOLAR
Tarix: 22-02-2022 | Saat: 18:19
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir


Bu gün Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Gədəbəy Mərkəzi rayon Xəstəxanası, 1, 2, və 3 nömrəli Gədəbəy şəhər orta məktəbləri ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib.

aia.az xəbər verir ki, ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb, Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

Gədəbəy Mərkəzi rayon Xəstəxanası ərazi partiya təşkilatına-sədr Sarıyev Firdovsi Əlviz oğlu, müavin-Həsənova Afina Şirzad qızı.

Şəhər 1 nömrəli ərazi partiya təşkilatına-sədr Həsənova Şəfa Camal qızı, müavin – Söyünov Seymur Rəsul oğlu.

Şəhər 2 nömrəli ərazi partiya təşkilatına-sədr Əliyeva Məlahət Talıb qızı, müavin – Bağırova Vüsalə Rza qızı.

Şəhər 3 nömrəli ərazi partiya təşkilatına-sədr Şirinova Esmira Aydın qızı, müavin – Hüseynova Gülər Vaqif qızı seçildilər.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və aparatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024