Mobil versiya
Bakıda tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb
Tarix: 21-02-2022 | Saat: 15:02
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

AİA.Az xəbər verir ki, xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

“Ərazidəki 23 ağac isə qeydiyyata alınaraq qorunub saxlanılması məqsədilə MTK-nın məsul şəxsi Zaur Nemətova təhvil verilib”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024