Elçin Əsədov: “Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətin sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verir”
Tarix: 20-02-2022 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

“Bu gün Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin prioritet istiqamətlərini nəzərdən keçirsək görərik ki, bu fəaliyyət ilk növbədə bütün istiqamətlərdə dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma işlərində, həmin ərazilərdə tarixi, mədəni və dini abidlərimizin bərpası istiqamətində misilsiz humanitar missiyanı həyata keçirir.”
Bu sözləri saytımıza verdiyi açıqlamasında Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının Ağsaqqallar Şurasının üzvü Elçin Əsədov deyib.
Hakim partiya təmsilçisi ilk növbədə belə bir məqamı vurğulayıb ki, beş il bundan öncə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixində mühüm hadisə olub: “Məlum olduğu kimi, Azərbaycanda Birinci vitse-prezidentlik institutu 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən ümumxalq referendumunun nəticələrinə görə yaradılmışdır. Qeyd etmək lazımdır ki, dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmin keçirilən Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən dövlətimizin başçısı demişdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Həqiqətən də Mehriban xanım Əliyevanın mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə, zəngin mədəniyyətimizin təbliğinə, müxtəlif istiqamətlərdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən yeni layihələrin reallaşdırılmasına yönəldilmiş fəaliyyəti bu gün Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir.”
Müsahibimiz həmçinin qeyd edib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında mühüm rol oynayır: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi funksiyasını uğurla həyata keçirir. Fondun xeyriyyəçilik tədbirləri bu gün artıq təkcə Azərbaycanı deyil, həmçinin bir çox xarici ölkələri əhatə edir. Əlbəttə ki, bu fəaliyyət hər şeydən öncə ölkəmizin dünyada tanınmasına və təbliğinə xidmət edir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində bu gün Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri kimi tanınır. Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.”
Daha sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış etdiyini vurğulayan Elçin Əsədov bunları deyib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə təhsilə göstərilən qayğı kontekstində ötən illər ərzində bir çox önəmli proqram və layihələr həyata keçirilib. Bunlardan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və digərlərini xüsusi qeyd etmək lazımdır. Bu proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu mötəbər beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür. Bütün bu deyilənlər birmənalı olaraq onu göstərir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bundan sonra da öz misilsiz fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcək.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-03-2025