Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun sammitində iştirak edəcək
Tarix: 21-02-2022 | Saat: 09:27
Bölmə:Ölkə | çapa göndər
Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə səfər edib.
Energetika Nazirliyindən AİA.Az-a verilən məlumata görə, nazir cari ilin 21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında və GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.
GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Nazir Pərviz Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025