Mobil versiya
Qaxda dağ-meşə ərazisində yanğın başlayıb
Tarix: 21-02-2022 | Saat: 09:22
Bölmə:Ölkə | çapa göndər

Qaxda dağ-meşə ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən AİA.Az-a verilən məlumata görə, yanğına çevik müdaxilə və cəlb edilən qüvvələrin effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Yanğınsöndürmə işləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğının söndürülməsinə köməklik göstərirlər.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır, əsasən əl əməyindən istifadə olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025