Mobil versiya
Ziya Məmmədovun qardaşı oğlu generalın qızı ilə ailə həyatı qurub
Tarix: 20-02-2022 | Saat: 10:50
Bölmə:Ölkə | çapa göndər

Ziya Məmmədovun qardaşı oğlu generalın qızı ilə ailə həyatı qurub

Dünən Ziya Məmmədovun qardaşı oğlunun toyu olub. Sabiq nəqliyyat nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin qızı ilə ailə həyatı qurub.

Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak edib.

Gecədə türkiyəli müğənni Alişan, Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıb. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-03-2025