Mobil versiya
Lənkəranda Şəhid Valeh Əkbərzadənin Anım tədbiri keçirilib - FOTOLAR
Tarix: 18-02-2022 | Saat: 18:11
Bölmə:Seçki 2024 | çapa göndər

Lənkəranda Şəhid Valeh Əkbərzadənin Anım tədbiri keçirilib

Şəhid Valeh Əkbərzadənin doğum günü münasibəti ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı xatirə gecəsi keçirilib.

aiaşaz xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Boladi-1 kənd folklor klubunda 44 gün davam edən Qarabağ müharibəsinin şəhidi Əkbərzadə Valeh Asim oğlunun doğum günü münasibəti ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı xatirə gecəsi keçirilib.

Əvvəlcə, şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Folklor klubunun mədəni-təşkilatçısı Samirə Ağayeva tədbirə giriş sözü ilə başlayaraq, şəhid Valeh Əkbərzadənin həyat və döyüş yolu haqqında məlumat verib. Mərasimdə iştirak edən Boladi kənd bələdiyyəsinin sədri Salman Dadaşov, şəhid Valeh Əkbərzadənin atası Asim Əkbərov, anası Xədicə Əkbərova və şəhidin digər ailə üzvləri, şəhid Aqşin İbadovun atası Nazim İbadov, Gənc Müğənni Allahverən Pərviz oğlu və mədəniyyət sahəsini təmsil edən digər iştirakçılar mözvü ətrafında çıxışlar ediblər.

Tədbirin bədii hissəsində Boladi-1 kənd folklor klubunda fəaliyyət göstərən "Natiq" bədii- qiraət dərnəyinin üzvləri şeirlər səsləndirib. Xatirə şəkilləri çəkilərək tədbir sona çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024