Mobil versiya
YAP Saatlı rayon təşkilatı 14 saylı ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqı keçirilib - FOTOLAR
Tarix: 16-02-2022 | Saat: 18:25
Bölmə:Ölkə | çapa göndər

YAP Saatlı rayon təşkilatı 14 saylı ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqı keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı 14 saylı ərazi partiya təşkilatında keçirilən hesabat-seçki yığıncaqında ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

aia.az xəbər verir ki, ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini ətraflı təhlil edərək qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb, Ramella İsmayılova ərazi partiya təşkilatının sədri, Mirkamal Zeynallı isə sədr müavini seçiliblər.

Yığıncaqda rayon təşkilatının sədri Lütvəli Şıxəliyev çıxış edərək yeni seçilən sədr və müavini təbrik edib, işlərində uğurlar arzulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025