Mobil versiya
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının sədrinin ictimaiyyətə təqdimatı olub. - FOTOLAR
Tarix: 15-02-2022 | Saat: 20:05
Bölmə:Seçki 2024 | çapa göndər

Gədəbəy  rayonunda Yeni Azərbaycan Partiyasının sədrinin ictimaiyyətə təqdimatı olub.

Tədbirdə Gədəbəy RİH başçısının səlahiyyətini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri, o cümlədən partiya fəalları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Gədəbəy şəhərinin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər. Tədbir Rayon Aşıqlar evində davam etdirilmişdir.

Görüş zamanı çıxış edən Gədəbəy RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli yol Azərbaycanın müasir tarixinin ən önəmli hadisələri sırasındadır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycan tarixində, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biridir. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi qeyd edilir. Təbii ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə təşəkkürünü bildirib, bu etimadı layiqincə doğruldacağını, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər, rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov , Qaradağ kənd ərazi partiya təşkilatının sədri Baxış Nağıyev, 21 Saylı Ərazi Məşğulluq Filialının müdiri Habil Alıyev və digərləri Rüstəm Nağıyevi sədr təyin olunması münasibətilə təbriklərini çatdirib, bu yolda ona uğurlar arzulayıblar.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024