Mobil versiya
NATO Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun davamına ümid edir
Tarix: 15-02-2022 | Saat: 16:04
Bölmə:Seçki 2024 | çapa göndər

NATO Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun davamına ümid edir

NATO qarşıdakı müddətdə Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davamına ümid edir.

Bunu Trend-ə NATO-nun rəsmi nümayəndəsi deyib.

Azərbaycan və NATO münasibətlərinin ikitərəfli gündəliyini şərh edərkən o, təşkilatın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın səfərini və bu səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlərini xatırladıb.

“Səfər zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq, o cümlədən, Azərbaycan rəhbərliyi ilə “Planlaşdırma və təhlil prosesi” tərəfdaşlığı çərçivəsində əməkdaşlığın bərpası nəzərdən keçirilib. Biz qarşıdakı müddətdə Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davamına ümid edirik”, - deyə NATO nümayəndəsi bildirib.

O əlavə edib ki, NATO Azərbaycanın Əfqanıstanda təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi, xüsusilə ötən ilin avqustunda Kabil hava limanında müttəfiq ölkələrin şəxsi heyətinin, eləcə də təhlükədə olan əfqanların təxliyəsi üzrə səyləri dəstəkləməsini yüksək qiymətləndirir.

NATO nümayəndəsi bildirib ki, Azərbaycanla NATO arasında əməkdaşlıq uzun illər ərzində möhkəm olub.

“Bu gün bu münasibətlər səlahiyyətlərin inkişafından enerji təhlükəsizliyinədək bir çox sahələri əhatə edir”, - deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024