Mobil versiya
Babamın Qələbə bayramı
Tarix: 10-05-2016 | Saat: 13:11
Bölmə:Seçilənlər-5 | çapa göndər



Bu gün 9 May Qələbə Günüdür! Bu gün eyni zamanda babamın ad günüdür. Babam başqa gündə doğulmuşdu, amma bu günü doğum günü kimi qeyd edirdi. Çünki 16 yaşında ikən yaşını artırıb müharibəyə getmiş, ön cəbhədə vuruşub iki dəfə güllə yarasi almışdı. Birinci gülləsinin yarası hələ tam sağalmamış yenidən cəbhəyə yollanmışdı. Müharibə bitib geri qayıtdıqda isə texnikumda, sonra universitetdə təhsil almış, ali təhsilli rus dili müəllimi, daha sonra uzun illər məktəb direktoru vəzifəsində işləmişdi. Babam elmə, təhsilə çox önəm verirdi. Son günə kimi elmə marağını hec nə, hətta gözlərinin çox zəif görməsi belə mane ola bilmədi. Alman dissiplini və dəqiqliyi canında vardı. Hər nə olsa heç vaxt gecikməz, saat 6-dan sonra yemək yeməzdi. Zəhmətkeş idi, əkdiyi hər ağacın bir tarixi vardı. Babamın bir radiosu vardı, səhər tezdən yandırırdı, səsi biz tənbəl nəvələrə yatmağa mane olurdu. Amma elə maraqlı söhbətlər olurdu ki, oyanıb yerimizdən biz də qulaq asırdıq, sonra müzakirə edirdik. İndi neçə illərdir o radio susur. Axsamçağı kənddə illər əvvəl baş verən maraqlı hadisələr və müharibə sərgüzəştləri haqda olan söhbətlərin isə ayrı ləzzəti olurdu. İndi həmin ev əvvəlki istilikdə deyil, hara baxsan bir xatirə, bir duyğu. Yoxluğu elə ani oldu ki illər keçsə də inandırıcı gəlmir. Əldə etdiyi vəzifədən, medallardan daha önəmli iş yoldaşlarının onun haqda dediyi söz oldu: " Əliqulu müəllimi bulanıq suya atsan, o su durular!". Əziz babam, bayramın, ad günün mübarək! Nur icində yat!





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə