Mobil versiya
İmişlidə ƏMƏLİYYAT: Beş kiloqramdan artıq narkotik götürüldü
Tarix: 10-02-2022 | Saat: 10:31
Bölmə:Seçki 2024 | çapa göndər

İmişlidə ƏMƏLİYYAT:

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024