Mobil versiya
YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər
Tarix: 09-02-2022 | Saat: 13:41
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və təşkilatın əməkdaşları Vətən müharibəsi zamanı rəşadətli ordumuzun hər bir üzvü kimi məkrli düşmənə qarşı mərdliklə döyüşən, qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Muradov Elxan Murad oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhid Muradov Elxanın keçdiyi döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuz tərəfindən yazılmış şanlı Zəfər tarixinə nəzər salınıb. Şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb. Daha sonra şəhidin atası Murad Muradov və Əhmədabad ƏİP təşkilatının sədri Qasımov Xəqani ilə birlikdə şəhidin məzarı ziyarət edilib, məzarı önünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub. Şəhid ailə üzüvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024