Mobil versiya
Məhkəmə Bakıda 15 yaşlı qızla evlənən şəxslə bağlı qərar çıxardı
Tarix: 09-02-2022 | Saat: 11:02
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

Məhkəmə Bakıda 15 yaşlı qızla evlənən şəxslə bağlı qərar çıxardı

Məhkəmə Bakıda yeniyetmə qızla evlənən 1993-cü il təvəllüdlü Mayıl Hadıyevlə bağlı qərar çıxarıb.

Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəzər Rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Milli.Az-a faktı təsdiqləyib.

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü M.Hadıyevlə ailə həyatı qurubmuş.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024