Mobil versiya
Lənkəranın simvolu olan tarixi abidə bərpa ediləcək? - Açıqlama
Tarix: 04-02-2022 | Saat: 17:33
Bölmə:Seçki 2024 | çapa göndər

Lənkəranın simvolu olan tarixi abidə bərpa ediləcək? -

Lənkəran rayonunun simvolu olan qədim tarixi abidə - Dairəvi qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Qalanın bərpa edilməsi üçün hansı işlər görülür?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpa-konservasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

"Tarixi abidənin layihə-smeta sənədləri hazırlanıb və bərpa edilməsi üçün investisiya planına daxil edilib. Tarixi abidənin bərpa olunması üçün müvafiq proseduralar davam etdirilir", - deyə qurum rəsmisi bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024