Mobil versiya
Gəncədə sahibsiz heyvanlar güllələnib? - İcra Hakimiyyətindən AÇIQLAMA
Tarix: 04-02-2022 | Saat: 17:11
Bölmə:Seçki 2024 | çapa göndər

Gəncədə sahibsiz heyvanlar güllələnib? -


Gəncə şəhərində itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən aia.az-a verilən məlumata görə, İcra Hakimiyyəti tərəfindən belə bir göstəriş verilməyib və hazırda faktla bağlı araşdırma aparılır: “Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır. Həmçinin qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir.

Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024