Mobil versiya
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır
Tarix: 04-02-2022 | Saat: 11:30
Bölmə:Seçki 2024 | çapa göndər

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Dövlət başçımızın siyasi kursunun prioritetlərindən birini gənclərə diqqət və qayğı, onlara böyük etimad göstərilməsi təşkil edir. Son illərdə bu istiqamətdə aparılan siyasət digər ölkələrə nümunədir. Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəni idarə edəcəkdir” – fikri artıq dövlət idarəçiliyinin bütün sahələrində indidən özünü büruzə verir. Ölkə əhalisinin 30 faizdən çox hissəsini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə onların dövlət idarəçiliyi sistemində iştirakının, səmərəli məşğulluğunun təmin edilməsi, potensialından dövlətimizin rifahı naminə istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi bu -etimadın təsdiqidir.

Gənclər, daim hər bir cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Gənc nəslə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, dünya birliyinə inteqrasiyasına əlverişli şəraitin yaradılması dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir. təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsini hər bir gənc gündəlik həyatında hiss edir. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu da gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilməsindən irəli gəlir. Azərbaycan gəncliyi son illər ictimai həyatın bütün sferalarında daha çox fəallığı ilə diqqəti cəlb edir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində onlar artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev gənclərə xitabən “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”, – demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə ¬yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz”. Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin daha da yüksəlməsində, dünya dövlətləri sırasında öz layiqli yerini tutmasında bu gün aparıcı qüvvəyə çevrilmiş gənclərimizin rolu danılmazdır. Bu gün Azərbaycan gəncləri ölkəmizin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, Dövlət bayrağımızı yüksəkliklərə qaldıraraq dünya səviyyəli idman yarışlarında, Olimpiya Oyunlarında fərqlənirlər.

Gənclik bir millətin gələcəyi üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc nəslin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti bir çox ölkələrə nümunədir. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla “2 Fevral – Azərbaycan Gəncləri Günü” elan edilib. Həmin vaxtdan etibarən, ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis olunub.
Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının daha da inkişafı üçün yaradılan yüksək şərait diqqət və qayğının nəticəsidir.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024