Mobil versiya
Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif olunub - FOTOLAR
Tarix: 03-02-2022 | Saat: 12:50
Bölmə:Seçki 2024 | çapa göndər

Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif olunub

AMEA-nın Polimer Materialları İnstitutunun “Nanopolimer kompozitlər” laboratoriyasının kiçik elmi işçisi, institutun doktorantı Türkan Quliyeva Sumqayıt şəhər İcra Hakimiyyətinin “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif olunub.

2 fevral 2022-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt gənclərini təbrik edərək Azərbaycan gənclərinin sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.

Şəhər rəhbəri Ulu Öndər Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Gəncləri Gününün keçirilməsini ölkənin gənc vətəndaşlarına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Zakir Fərəcov əsası Ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb, Azərbaycan gənclərinin bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə etdiklərini vurğulayıb. Bu gün gənclər dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər. O qeyd edib ki, müstəqillik illərində formalaşmış gənclik 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad etdi. Son illər Sumqayıtda həyata keçirilən layihələrə diqqət çəkən Zakir Fərəcov qeyd edib ki, görülən bütün işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.

Tədbirinin sonunda Sumqayıt şəhərinin ictimai həyatında, təhsil, mədəniyyət və idman sahələrində nailiyyətlərə imza atan bir qrup gəncinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024