Mobil versiya
Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb
Tarix: 03-02-2022 | Saat: 12:49
Bölmə:Seçki 2024 | çapa göndər

Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb

Ötən on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 18 dəfə rəsmi səfərdə olub. Bu, Gəncəyə həmişə yüksək səviyyədə olan diqqətin bariz nümunəsidir. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma layihələri tam icra edilib, içməli su layihəsi isə icra edilir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Bu gün Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənərək uğurla icra edilməkdədir. Gəncədə indiyədək bir sıra layihələr icra edilib və bir sıra layihələrin icrası davam edir. Dövlətimizin başçısı səfəri zamanı müsahibəsində Gəncədə təməlini qoyduğu təqribən dörd hektarda yaradılacaq Memorial Kompleksin ərazisindəki dağıdılmış bütün binaların olduğu kimi saxlanılacağını bildirib. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti həllini tapıb
Gəncə şəhəri Azərbaycan tarixində yarandığı gündən həmişə fərqli şəhər olub. Bu, təkcə şəhərin yerləşdiyi strateji mövqeyə görə, iqtisadi potensialına görə, təbii zənginliyinə görə yox, eyni zamanda gəncəlilərin Azərbaycan tarixində yadelli işğalçılara qarşı yer aldığı mübariz mövqe ilə də səciyyələnir. Artıq regionda lider olan Azərbaycanın ictimai, siyasi, xüsusilə də iqtisadi həyatında Gəncə önəmli rol oynayır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu, bu gün də prezident İlham Əliyev tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasətdə Gəncə və gəncəlilər sıx həmrəydir. Gəncədə son illərdə baş verən sosial-iqtisadi inkişaf da buna əyani misaldır. Dövlətin qayğısı ilə Gəncə Avropa standartlarına uyğun şəhər statusuna malik oldu.

İqtisadiyyat, turizm, sosial təminat, mədəni layihələrin həyata keçirilməsi və ən mühümü – bütün bunların sadəcə mərkəzdə deyil, əyalətlərdə, bölgələrdə səviyyəsi… Bu baxımdan Avropada, dünyada inkişaf etmiş ölkələrin paytaxtlarından əlavə, yeni “paytaxtların” seçilməsi – mədəniyyət paytaxtı, gənclər paytaxtı, əfsanələr, tarix və başqa “paytaxt tipləri”nin yaradılması diqqəti müxtəlif şəhərlərə yönəltmək məqsədi daşıyır. Bu uğurlu, effektiv təcrübədən zamanla digər ölkələr də yararlanırlar.

Çağdaş Azərbaycanın sürətli inkişafını göstərən amillərdən biri də məhz bölgələrə diqqət, əyalətlərin modernləşməsidir. Ölkədə ərazisinə görə ikinci şəhər olan Gəncə bu mənada diqqəti cəlb edir. Son beş ilə nəzər salsaq, Gəncə şəhərinin zahiri görkəminin gözəlləşməsi, abadlaşması ilə bərabər sosial, mədəni, iqtisadi həyatında da xeyli maraqlı, nikbin nəticələrlə qarşılaşarıq. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.Gəncə şəhərində elektrik enerjisi təchizatı yüksək səviyyədə reallaşıb, enerji istehsalı gücü 220 meqavat olan 10 yarımstansiya yenidən tikilib və əsaslı təmir edilib. Eyni zamanda, qazlaşdırma sahəsində də uğurlu nəticə əldə olunub. Yaxın gələcəkdə icrasının yekunlaşacağı nəzərdə tutulan içməli su layihəsinin gerçəkləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu çox maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Bütün bunlarla bərabər, yol infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, Gəncəyə gedən yollar müasir standartlara uyğun şəkildə bərpa olunub.
Ölkə Prezidentinin Gəncədə dediyi sözlər də bir daha göstərir ki, biz müharibədən çıxan ölkə olsaq da, əsas gücümüz ermənilər tərəfindən dağıdılmış kənd və qəsəbələrin yenidən qurulmasına yönəlsə də, heç bir sosial sahə yaddan çıxmır, nəzərdə tutulan bütün layihələr uğurla icra olunur.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024