Mobil versiya
Lənkəran şəhərində “2 Fevral- Azərbaycan Gəncləri Günü” təntənəli şəkildə qeyd olunub - FOTOLAR
Tarix: 03-02-2022 | Saat: 12:46
Bölmə:Ölkə | çapa göndər

Lənkəran şəhərində “2 Fevral- Azərbaycan Gəncləri Günü” təntənəli şəkildə qeyd olunub

Lənkəran Şəhərində "2 fevral- Azərbaycan Gəncləri Günü" təntənəli şəkildə qeyd olunub.

İlk öncə Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin kollektivi, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, YAP, Vətən Müharibəsi zabitləri, əsgərləri, qaziləri, veteranlar, RİİB-nin əməkdaşları, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji və Tibb Kollecinin tələbələri, müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər və gənc idmançılar iştirakı ilə Azərbaycan xalqının dahi şəxsiyyəti, dünya miqyaslı ictimai-siyasi xadimi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və tər çiçəklər düzülüb.

aia.az xəbər verir ki, tədbir öncə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Yusif Xamiyev bildirmişdir ki, Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Tədbirdə Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə, rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə, rayonunun idman yarışlarında yüksək səviyyədə təmsil etdiyinə görə və ümumilikdə 32 gəncə Fəxri Fərman və hədiyyələr təqdim edilib .
Eyni zamanda 25 illik yubley tortu kəsildi.

Tədbirdə ümumilikdə 112 gənc iştirak etmişdir.

Tədbirdə çıxışlarla yanaşı musiqilər ifa olunub, rəqs nömrələri, viktarinalar və əyləncəli proqramlarla davam etmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025