Mobil versiya
Tərtərdə növbəti suvarma mövsümünə ciddi hazırlıq işləri görülür - FOTO
Tarix: 02-02-2022 | Saat: 10:29
Bölmə:Ölkə | çapa göndər

Tərtərdə növbəti suvarma mövsümünə ciddi hazırlıq işləri görülür

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov aia.az-a bildirib ki, Tərtər rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən gücləndirilmiş iş rejiminə keçilib. Artıq bu ilin məhsulu üçün əkilmiş taxıl, arpa, yem və yonca bitkilərinin suvarılması tam olaraq başa çatdırılıb. Su itkisinin qarşısının alınması üçün arxların lildən və kol-kosdan təmizlənməsi hazırda davam etdirilir. Bu prosesi həyata keçirən texnikaların sıradan çıxmış ehtiyat hissələri və yağ sistemləri yenisi ilə əvəz edilərək yenidən saz vəziyyətə gətirilib. İdarə tərəfindən təsərrüfatlar arası və təsərrüfat daxili kanallarda 420 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri aparılıb.

Tərtər Suvarma Sistemləri idarəsinin balansında 552 ədəd subartezian quyusu var. Ötən ilin 12 ayı ərzində 228 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunaraq işə salınıb, 46 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunub. Balansda olan 22 ədəd subartezian quyusunda avtomatlaşdırılmış idarəetmə sistemlərinin quraşdırılmasına başlanılıb, 20 ədəd hidrotexniki qurğu təmir edilib. Bundan əlavə cari ildə uzun müddət qəzalı vəziyyətdə olduğu üçün istismarı səmərəsiz olan 4 ədəd subartezian quyusunun iş rejiminin yenidən bərpası planlaşdırılaraq və icrası başa çatdırılıb.

Qeyd edək ki, idarənin balansında olan əkin sahələrinin 15000 hektarı Tərtər çayı,13500 hektarı subartezian quyuları və 400 hektarı isə İncəçay çayı vasitəsilə suvarılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025