Mobil versiya
2 fevral Gənclər Günü münasibəti ilə Sabirabad rayonunda tədbir keçrilib - FOTOLAR
Tarix: 01-02-2022 | Saat: 16:20
Bölmə:Seçki 2024 | çapa göndər

2 fevral Gənclər Günü münasibəti ilə Sabirabad rayonunda tədbir keçrilib

2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur.

aia.az xəbər verir ki, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabarov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri, rayon ictimaiyyətində təmsil olunan gənclər iştirak etmişlər.
İlk öncə Sabirabad rayon Gənclər və İdman İdarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx iştirakçılara nümayiş olunmuşdur.

Daha sonra tədbirdə çıxış edən Siraqəddin Cabarov Gənclər Günü münasibətilə gəncləri təbrik etmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışmışdır.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov da çıxış edərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söhbət açmışlar.
Tədbirin davamında 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonun ictimai-siyasi həyatında fəallıq göstərən 10 gənc müxtəlif nominasiyalar üzrə Sabirabad rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

Sabirabad Regional Mədəniyyət İdarəsi də ötən il ərzində gənclər sahəsində göstərdiyi fəal fəliyyətə görə Sabirabad rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunmuşdur. Konsert proqramında İdarənin xidməti əhatəsindəki mədəniyyət müəssiəslərinin əməkdaşlarının ifasında müxtəlif musiqi nümunələri səsləndirilmişdir. Həmçinin, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor kollektivi də maraqlı rəqslə çıxış etmişlər.

Sonda xatirə şəkli çəkdirilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024