Mobil versiya
“Yeddi oğul istərəm”in Şahsuvarı koronavirusa yoluxdu
Tarix: 01-02-2022 | Saat: 13:46
Bölmə:Seçki 2024 | çapa göndər

“Yeddi oğul istərəm”in Şahsuvarı koronavirusa yoluxdu

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov koronavirusa yoluxub.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

Aktyor yanvarın 25-dən müalicə olunduğunu bildirib:

“Sonuncu dəfə teatrda “Dəli yığıncağı” tamaşasını oynadıq. Evə gələndə özümü pis hiss etdim. Həkim çağırdıq, müayinə etdilər, məlum oldu ki, virusa yoluxmuşam. Həkim nəzarəti altındayam. Yenidən ikinci testi vermişik, bu gün cavabı məlum olacaq. Heç yerə getmirəm, fevralın 7-nə kimi teatr da bağlanıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024