Mobil versiya
Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb - RƏSMİ
Tarix: 31-01-2022 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb -

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə aia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025